Hindistanın Kəlküttə şəhərindəki “Solt Leyk” stadionunda Argentina millisinin futbolçusu Lionel Messinin meydanı tərk etməsindən sonra qarışıqlıq yaranıb.
Bakupost.az xəbər verir ki, bu barədə ANİ məlumat yayıb.
Qeyd olunur ki, azarkeşlər Messinin tədbiri tez tərk etdiyini səbəb göstərərək, stadionda qarışıqlıq yaradıb, oturacaqları qıraraq stadiona tullayıblar. Yaranan qarışıqlığa görə tədbirin təşkilatçısı saxlanılıb.