Fransa Gürcüstanda keçirilən “Uşaq Avroviziyası 2025” mahnı müsabiqəsinin qalibi olub.
Bakupost.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
Bildirilib ki, müsabiqədə 18 ölkə - Albaniya, Ermənistan, Azərbaycan, Xorvatiya, Kipr, Fransa, Gürcüstan, İrlandiya, İtaliya, Malta, Monteneqro, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, San Marino, İspaniya və Ukrayna iştirak edib.
Qeyd edək ki, ölkəmizi müsabiqədə Yağmur Nəsrullayeva "Miau Miau” mahnısını ilə təmsil edib və 15-ci olub.