Ru
16:08 / 03 İyul 2025

Lənkəranda ər həyat yoldaşını bıçaqladı, özü də öldü - YENİLƏNİB

Lənkəranda ər həyat yoldaşını bıçaqladı, özü də öldü - YENİLƏNİB
Eye

Lənkəran rayonunun Biləsər kəndində həyat yoldaşını döyərək daha sonra intihar edən Məzahir Ağamməd oğlu Rəcəbov barədə yeni təfərrüatlar üzə çıxıb.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə zamanı dünyasını dəyişən 1973-cü il təvəllüdlü Məzahir Rəcəbovun əvvəllər məhkumluq həyatı yaşadığı bildirilir.

O, 6 il əvvəl ailə həyatı qurmuşdu və bu müddət ərzində həyat yoldaşı ilə tez-tez mübahisələr edirmiş. Ailə münaqişələri səbəbindən Rəcəbov dəfələrlə özünə qəsd edəcəyini dilə gətiribmiş.


Hətta kənd sakinlərinin sözlərinə görə, o, bir neçə ay əvvəl həmkəndlilərindən birinə belə bir vəsiyyət də edib:

"Mən öləndən sonra məzarımın üstünə sadə, kiçik bir başdaşı qoyarsınız. Mən heç kimə pislik etməmişəm. İstəmirəm ki, məni pis insan kimi tanısınlar."


Qeyd edək ki, Məzahir Rəcəbov 6 illik evliliklərinə baxmayaraq övlad sahibi olmayıb.

****

15:13


Lənkəranda ər həyat yoldaşını bıçaqlayıb, daha sonra özünə xəsarət yetirib və ölüb.


Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Biləsər kəndində baş verib.

İlkin məlumata görə, kənd sakini, 1973-cü il təvəllüdlü Məzahir Ağamməd oğlu Rəcəbov ailə münaqişəsi zəminində həyat yoldaşına çoxsaylı bıçaq xəsarətləri yetirib. Daha sonra o, öz boğazını kəsib.

Məzahir Rəcəbov hadisə yerində keçinib. Onun həyat yoldaşı isə ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar