Ru
13:23 / 02 Avqust 2022

"Ləzzət"də ürəkbulandıran vəziyyət - Problem nə zaman həll olunacaq? - FOTO

5900
Bakıda vətəndaş “Ləzzət” Kulinariya evindən şikayətçidir.


Bu barədə Bakupost.az -a müraciət edən Ruhiyyə Daşsalahlı bildirir ki, həmin məkanda qida məhsulları dəzgahlarda açıq şəkildə sərgilənir və satışı həyata keçirilir:





“Digər şirniyyat mağazalarında olduğu kimi, şüşə örtük altında olmaması şirniyyatları sağlamlıq üçün təhlükə mənbəyinə çevirir. Dəzgah qarşısında dayanan müştərilər satıcılarla danışır, məhsulun qiymətini, təzəliyini, tərkibini və s. müzakirə edirlər. Alıcılar qida məhsullarına toxunmaqdan çəkinmirlər”.





Qeyd edək ki, iddiaları əks etdirən şikayət əsasında Qida Təhlükəsizliyi Agentliyi “Ləzzət” Kulinariya evində plandankənar yoxlama aparıb və söylənənlər təsdiqini tapıb.

“Ləzzət ”də qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.


H.Zərdabi küçəsində yerləşən mağazasında aparılan yoxlamanın nəticəsi olaraq qida obyektinin rəhbərinə və işçilərə “Yeyinti məhsulları haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” ölkə qanunlarının və qida təhlükəsizliyi sahısində texniki normativ aktların tələbləri izah olunub.


Vəzifəli şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Kritik nəzarət nöqtələri üzrə risk qiymətləndirilməsi aparılıb və qeyd edilən nöqsanların aradan qaldırılmasıyla bağlı icrası məcburi göstərişlər verilib.



Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər