Ru
23:35 / 10 İyun 2025

Los-Ancelesdə baş verənlər üsyandır, Üsyan Aktı tətbiq edilə bilər - Tramp

Los-Ancelesdə baş verənlər üsyandır, Üsyan Aktı tətbiq edilə bilər - Tramp
Eye

Los-Ancelesin müəyyən ərazilərində baş verən hadisələr “üsyan” kimi qiymətləndirilə biləcəyi üçün ABŞ administrasiyası zərurət yaranarsa, daxili iğtişaşları yatırmaq məqsədilə hərbi personalın istifadəsinə icazə verən Üsyan Aktını tətbiq edə bilər.

Bakupost.az xəbər verir ki, bu sözləri ABŞ Prezident Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Əgər üsyan olarsa, mən qanuna mütləq müraciət edərdim. Baxacağıq. Amma sizə deyə bilərəm - dünən gecə Los-Ancelesdə idi. Mən sizə deyə bilərdim ki, Los-Ancelesdə bəzi ərazilərdə baş verənləri üsyan adlandıra bilərdiniz", - o, bildirib.

Qeyd edək ki, 1807-ci ildə qəbul edilən Üsyan Aktı ABŞ prezidentinə ölkə daxilində silahlı qüvvələr yerləşdirmək səlahiyyəti verir. Sonuncu dəfə 1992-ci ildə Los-Anceles iğtişaşları zamanı istifadə edilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar