Ru
20:22 / 27 May 2024

Lukaşenkonun Bakı səfərinin gizlinləri - Əliyev və Putinə nə təklif olunub? - Fuad Çıraqovla müsahibə - VİDEO

12907
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini, politoloq Fuad Çıraqov Bakupost.az -a videomüsahibə verib.

O, müsahibədə Qazaxın 4 kəndinin Azərbaycana qaytarılmasından sonra normallaşma prosesi ilə bağlı atılacaq növbəti addımlardan, Ermənistanda davam edən etiraz aksiyalarından, Moskva ilə İrəvan arasındakı gərginlikdən danışıb.

F.Çıraqov hesab edir ki, normalaşma prosesi ilə bağlı növbəti pozitiv nəticələr əldə etmək üçün qarşıdakı müzakirələrdə Zəngəzur dəhlisinin açılması gündəmə gətirilə bilər. Onun fikrincə, eksklavlar məsələsi, eləcə də sərhədin digər ərazilərində dəqiqləşdirmələr daha mürəkkəb məsələlərdir və vaxt ala bilər. Lakin hər iki tərəf Zəngəzur dəhlisinin açıqlamasında maraqlıdır və bu məsələdə ortaq məxrəcə gəlinə bilər.

F.Çıraqovun fikrincə, Moskva ilə İrəvan arasında gərginliklə bağlı deyilənlər çox şişirdilir. Məsələ burasındadır ki, Paşinyanın yalnız ritorikası Rusiya əleyhinədir. Bu ritorika reallıqda əməli addımlarla o qədər də müşayiət olunmur. Politoloq hətta Moskva-İrəvan gərginlyinin süni, razılaşdırılmış gərginlik olduğu haqda fikirlərin doğru olduğunu da istisna etmir.

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Bakıya səfərindəın sonra Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı "Regionumuzun və Qafqazın təhlükəsizliyi üçün çox maraqlı təkliflərim var, bunu Azərbaycanda da müzakirə etdik" bəyanatına toxunan F.Çıraqov bunun maraqlı məsələ olduğunu, lakin hələlik söhbtin konkret olaraq, nədən getdiyinin aydın olmadığını, buna baxmayaraq, bu təklif üzərindəki sirr pərdəsinin tezliklə aradan qalxacağını bildirib.

Ətraflı videoda...




Zahid
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar