Ru
10:30 / 23 Mart 2023

“M. Teatr"da bu tamaşalar göstəriləcək - FOTO

7456
Müstəqil “M.Teatr”ın (“Mənim teatrım”) səhnəsində müasir gürcü yazarı Gela Dumbadzenin "Gecə qonağı" əsəri əsasında hazırlanmış "Məhşər günü" tamaşası nümayiş etdiriləcək.

Bu barədə Bakupost.az -a teatrın mətbuat xidmətindən bildiriblər.

Tamaşanı Xalq artisti Vidadi Həsənov səhnələşdirib. "Məşhər günü"nün quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımov, xoreoqrafı Oksana Rəsulovadır.

Rolları Xalq artisti Vidadi Həsənov (Mən), gənc aktyorlar Şahanə Yusifova (Qadın əcəl) və Tohid Əzim (Kişi əcəl) ifa edəcəklər.

Tamaşa martın 24-də saat 19.00-da nümayiş olunacaq.

Martın 25-26-da saat 19.00-da isə “M.Teatr”da Rövşən Ağayevin "Bir gecənin nağılı" tamaşası oynanılacaq.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Vidadi Həsənov, rejissoru Ziya Ağa, musiqi tərtibatçısı Amid Qasımov, rejissor assistenti Səbinə Süleymanovadır. Tamaşanın plastik həlli Elnur İsmayılova məxsusdur.
Melodrama janrında hazırlanan tamaşada rolları Gülçin Qasımova və Cavid Baba ifa edirlər.

Tamaşada gənc bir qız sevmədiyi biri ilə nişanlanmaq istəmədiyi üçün evdən qaçır. Gecə gənc qız parkda anasının sözündən heç bir halda çıxmayan bir oğlanla qarşılaşır. Bu təsadüfi görüş onların hər ikisinin həyatını dəyişir.

Zaur, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər