Minimum əmək haqqının artırılması dövlətin sosial rifahı yüksəltmək istiqamətində atdığı strateji addımlardan biridir. Bu qərar aşağı gəlirli təbəqənin alıcılıq qabiliyyətini artırmaqla yanaşı, əmək bazarındakı balanslara da birbaşa təsir göstərir. Lakin iqtisadi müstəvidə bu artım birmənalı qarşılanmır və həm müsbət, həm də riskli tərəfləri ilə diqqət çəkir. Xüsusilə özəl sektorun maliyyə yükünün artması sahibkarları yeni idarəetmə modelləri axtarmağa sövq edir. Bu proses kölgə iqtisadiyyatının daralması və ya əksinə, qeyri-formal məşğulluğun artması ehtimallarını gündəmə gətirir. Belə bir həssas məqamda artımın iqtisadi səmərəliliyini təmin etmək üçün kompleks yanaşma tələb olunur.
Bakupost.az xəbər verir ki, iqtisadçı Xalid Kərimli məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında minimum əmək haqqının artırılması məsələsinə yanaşmanın onun nə qədər və hansı tempdə artırılmasından asılı olduğunu bildirib.
“Bu dəyişiklik təkcə dövlət sektoru ilə məhdudlaşmır, eyni zamanda özəl sektorda da əmək haqqı strukturuna təsir göstərir. Özəl sektorun inkişaf səviyyəsi əmək bazarının formalaşmasında həlledici rol oynayır. Əgər biznes mühiti sağlam və rəqabətli inkişaf edirsə, işçi tələbi artır və bu da təbii olaraq əmək haqqı səviyyələrinin yüksəlməsinə gətirib çıxarır. Yəni bazar mexanizmi özü əmək haqqını tənzimləyir, işçi çatışmazlığı yarananda maaşlar artır, işçi çoxluğu olduqda isə sabitləşir. Özəl sektor yalnız real gəlir və satış hesabına xərclərini qarşılayır. Buna görə də əmək haqqı artımı iqtisadi imkanlara uyğun olmalıdır, əks halda bizneslərin yükü artaraq onların fəaliyyətinə mənfi təsir göstərə bilər. Bu baxımdan minimal əmək haqqının artırılması sosial baxımdan vacib olsa da, onun sürətli və kəskin şəkildə artırılması risklər yarada bilər. Belə hallarda işsizlik artımı, bəzi sahibkarların xərcləri azaltmaq üçün ixtisarlar etməsi və hətta kölgə iqtisadiyyatına meyl etməsi ehtimal olunur. Digər tərəfdən, minimal əmək haqqının artırılması müsbət təsirlər də yaradır. Xüsusilə əmək haqqının rəsmiləşdirilməsinə təkan verir və işçilərin hüquqlarının qorunmasını gücləndirir. Çünki işəgötürənlər qanunla müəyyən edilən minimumdan aşağı maaş vermək imkanını itirirlər. Bu da ümumi əmək bazarında şəffaflığı artırır”.
O qeyd edib ki, əmək haqqı siyasətində balans vacibdir:
“Kəskin artımlar yalnız sosial məqsədlərlə deyil, həm də iqtisadi dayanıqlıq nəzərə alınaraq həyata keçirilməlidir. Çünki əmək haqqı xərci də müəssisələrin əsas xərclərindən biridir və bu artım qiymətlərə təsir edərək inflyasiya təzyiqi yarada bilər. İqtisadiyyatın qeyri-neft sektoru inkişaf etdikcə, ixrac gücləndikcə və biznes mühiti rəqabətli olduqca, əmək haqları da təbii şəkildə yüksəlir. Beləliklə, dövlət siyasətində əsas fokus minimal əmək haqqının inzibati qaydada artırılmasından çox, iqtisadi mühitin gücləndirilməsinə yönəlməlidir. Beynəlxalq praktikada minimal əmək haqqı orta aylıq əmə khaqqının müəyyən faizinə yaxın olmalıdır. Bu göstərici bir çox ölkələrdə 50-70 faiz aralığında dəyişir. Azərbaycanda isə bu nisbət daha aşağıdır. Məsələn, orta aylıq əmək haqqı 1100 manat olduğu halda, minimal əmək haqqı 400 manat ətrafındadır ki, bu da 40 faizə belə çatmır. Bu səbəbdən gələcəkdə mərhələli şəkildə minimal əməkhaqqının orta əmək haqqına nisbətinin artırılması vacib istiqamət kimi qiymətləndirilə bilər”.
1100 olsa bele iki usaga gore minimum emek haqqi 450 manat olarsa 1100 mayisim di minimum emek haqqi 450 manat olarsa menim alimentim iki usaq ucun 606 manat edir bes bunu dusenen var tek olar olsa cehenem ikinci ailemde var 2 usagimda var 340 manat alimentim 900 manat olanda mayisim birden bire 544 manat oldu duvlet hokumet 5 faiz qaldiranda mehkeme menim birden bire menim usdum hardasa 60 faiz artim demekdi deyir ki ikinci aileden usaq acinan olsun ama alimenti ver..men fehle isdiyirem depdatar kimi 9000 mine mayis almiram
Dünya miqyaslı *BakuPost*, dövlət dəyərli *Azpolitika*, *Demokrat.az*, nədən, belə sadə, adi, ya mühüm strateji sualları belə birbaşa müvafiq məsuliyyəti daşıyan Vəzifəliyə yox, hansısa ictimai fəala, ya mütəxəssisin izahına ünvanlayırsınız? Düzdür özəl üstqurum dövlət strukturu çox asan, AzSSRdən fərqli cavab verəcək xüsusi sözçülər, mətbuat katibləri, nazirliyə Nazirdən ötkəm səslənən AdMinStrasiya Rəhbəri ştatları verilib!? Üzrlə, son günlər bu movzuya 2ci dəfə rastlaşıram. Heç birində rəsmən ƏƏSM, MMin İnsan hüquqları komitəsinin, nə STMnin, nə ictimai Həmkarlar Komitəsinin, heç bir digər partiyanın, yetəri-dürüst inandırıcı, hüquqi əsaslı və gerçək hesabi izahlarına, müsabilərə rast gəlmirik? Təbii ki, əgər varsa siyasi, ya digər rəqib-özgə ölkələr də belə münasibətləri izləyirlər? Təbii ki, Minimal əmək haqqının Orta əmək haqqına daha yaxın olması daha ədalətli münasibət göstəricisi olmaqla, həmin *rəqəmi hesabi aşması mümkünmü?* sualını da qabardlb.