Ru
11:40 / 15 May 2024

Maaşlar saathesabı veriləcək? - "1,79 manat çox azdır" - Açıqlama

13038
"Saatlıq minimum əməkhaqqı sistemi dünyanın bir çox ölkələrində tətbiq edilir. Burada işçilərin işlədiyi saatın müqabilində maaş alması nəzərdə tutulur. Dövlət tərəfindən saatlıq minimum əməkhaqqı müəyyən edilir. Yəni iş adamları müqavilə bağlayarkən işçiyə saatlıq minimum əməkhaqqından aşağı maaş ödəyə bilməz. Azərbaycanda isə aylıq minimum əməkhaqqı qaydası tətbiq edilir. Fikrimcə, bizdə də normal mexanizm olsa, saatlıq minimum əməkhaqqı sistemini tətbiq hesab etmək olar".




Bunu Bakupost.az -a iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

O qeyd edib ki, minimum əməkhaqqının artırılması ilə bağlı təkliflərdə saathesabı hesablanma ilə bağlı yeniliklər var:


"Minimum saatlıq əməkhaqqına keçid zamanı maaş ödənərkən dövlət tərəfindən qanunvericiliklə 1 saatlıq ödəniş məbləği müəyyən edilir. Azərbaycanda da belə bir mexanizmin hazırlanacağı güman edilir. Lakin elə bir mexanizm hazırlanmalıdır ki, işçilərin hüquqları pozulmasın”.

Ekspert əlavə edib ki, hazırda Azərbaycanda minimum saatlıq əməkhaqqı olduqca aşağıdır:


“Hazırkı minimum əməkhaqqını saat hesabına çevirsək, 1,79 manat təşkil edəcək. Bu, çox azdır. Əgər minimum saatlıq əməkhaqqına keçilərsə, bu, ən azı 2 dəfə artıq olmalıdır. Azərbaycanın da daxil olduğu inkişaf etməkdə olan ölkələrdə minimum saatlıq əməkhaqqı 2 dollar ətrafındadır. Bu da indiki məzənnə ilə 3,4 manat edir. Belə bir yanaşma daha məntiqli olar”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər