Ru
14:20 / 25 May 2022

Maddi sıxıntılar yaşayan rəqqasə küçədə paltarlarını satdı - FOTO

Maddi sıxıntılar yaşayan rəqqasə küçədə paltarlarını satdı -  FOTO
Eye

Son günlər yaşadığı maddi sıxıntılarla gündəmə gələn türkiyəli rəqqasə Didem Kınalı küçədə paltarlarını satmağa başlayıb.



Bakupost.az türk mediasına istinadən xəbər verir ki, pandemiyaya görə, uzun müddət işsiz qalan, hətta keçən il ev kirayəsinin ödənilməsi üçün hökumətə müraciət edən Didem Kınalı sahibsiz küçə heyvanları üçün hərəkətə keçib.



Heyvanları çox sevən Didem minlərlə lirə dəyərində olan paltarlarını 50-100 TL-yə satıb. Kınalı qazancının yarısını küçə heyvanları üçün yem almağa xərcləyəcəyini bildirib:




"Bir ildir pul qazana bilmirəm. Kirayə pulumun və kreditlərimin hökumət tərəfindən ödənilməsi üçün müraciət etdim. Menecerim Haluk Şentürk mənə kömək etdi. Rəqs məktəbimi bağladım. Gəlirim yoxdur, çətin vəziyyətdəyəm. Allah sonumuzu xeyir eləsin”.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar