Ru
13:05 / 15 Avqust 2022

Manatın zibil qutusuna atılması hiddət doğurdu - Bunu kim edib? - VİDEO

6821
Sosial şəbəkələrdə milli valyutamızla bağlı xoş olmayan video yayılıb.

Görüntülərdən 1, 5 və 50 manatlıq əsginasların əzildiyi və didik-dikik olduğu görünür. Ən acınacaqlısı isə pulların zibil qutusuna atılmasıdır. Bu, vətəndaşlar arasında ciddi narazılığa səbəb olub.




Əsginasları bankda yenisi ilə əvəz etmək mümkün olduğu halda onları niyə zibil qabına atıblar?



Məsələ ilə bağlı hüquqşünas Ələsgər Məmmədli Bakupost.az-a açıqlama verib.




“Pul əskinazları kağızdan hazırlanır və kağızın istifadə müddəti olur. Daha sonra keyfiyyətsiz hala düşən əsgunazlar dövriyədən çıxarılır və məhv edilir. Yəni ya təkrar emal edilir, ya da yandırılır. Əskinaz istifdəsiz hala düşübsə, onu banka vermık lazımdır”.

İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bu tip utilizasiya doğru deyil:




“Əgər bunu Mərkəzi Bankın utilizasiya idarəsi edibsə, bu, birbaşa qanun pozuntusudur. Çünki utilizasiyanı belə həyata keçirmək olmaz. Özəl, kommersiya bankları isə özləri utilizasiya həyata keçirə bilməzlər. Qanunvericiliyə görə, onlar Mərkəzi Banka akt və sənədlərlə yararsız banknotları təqdim etməli, yaxud dəyişməlidirilər. Bununla bağlı dəqiq araşdırma aparılmalıdır”.

Fərid
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər