Ru
21:55 / 16 Mart 2023

Məcburi köçkünlərin məskunlaşdığı tikili yandı

Məcburi köçkünlərin məskunlaşdığı tikili yandı
Eye

Ağcabədi şəhərində məcburi köçkünlərin məskunlaşdığı ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli (arakəsmə divarları taxta konstruksiyadan ibarətdir) tikilidə yanğın olub.

Bakupost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 24 kvadratmetr olan otağın yanar konstruksiyaları və ev əşyaları, bitişik ümumi sahəsi 16 kvadratmetr olan otağın arakəsmə divarı 4 kvadratmetr sahədə və ev əşyaları yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar