Ru
11:04 / 06 May 2023

Məktəbin qarşısında dəhşətli mənzərə: axan qan, üfunət, zibillik... - FOTO

Məktəbin qarşısında dəhşətli mənzərə: axan qan, üfunət, zibillik... - FOTO
Eye

Bakıda Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən 70 nömrəli məktəbin qarşısında hər səhər heyvan kəsilməsi valideynlərin narazılığına səbəb olur.


Bu barədə Bakupost.az -a şikayət edən sakinlər bildiriblər ki, hər səhər saat 7-8-də məktəbin qarşısında, uşaqların gözü önündə heyvan kəsilir.


“Uşaqların gözü önündə heyvan kəsmək nə deməkdir?! Bunun onlara necə təsir edəcəyini düşünmürlərmi? Yaxşı, yuxarı sınıfdə oxuyanları başa düşdük, bəs körpələr? Heyvanı kəsirlər, ətrafa qan yayılır. Bu azmış kimi heyvan qalıqlarını da əraziyə atırlar, hər tərəf zibillə doludur. Uşaqlar da görüb qorxur... Bilmirik, məktəbə hansı yolla gələk?! Buna nəzarət edən olacaqmı? Belə natəmiz şəraitdə heyvan kəsib satmaq doğru deyil axı!”


Narazı valideynlər onu da vurğulayıblar ki, dəfələrlə JEK tərəfindən xəbərdarlıq olunsa da, buna məhəl qoyulmur.


Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdir müavini, İctimaiyyətlə əlaqələr sektorunun müdiri İlkin Kərimovla əlaqə saxladıq.

İ.Kərimov Bakupost.az –a açıqlamasında məsələnin araşdırılacağını qeyd etdi.





Elnur
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar