Ru
11:36 / 03 İyul 2024

Məktəblərdə yeni sistemə keçid: pul hansı prinsiplə ayrılacaq? - Açıqlama

2753
“İlin sonuna kimi bir sıra məktəblərdə adambaşına maliyyələşmə sisteminə keçid planlaşdırılır. İlk olaraq bu, bir neçə məktəbdə pilot layihə kimi həyata keçiriləcək. Adambaşına maliyyələşmə dünyanın bir çox ölkələrində tətbiq olunan yeni sistemdir. Belə ki, məktəbdə təhsil alan şagirdlərin bütün illik xərci hesablanır, onların sayına bölünür və məktəbə maliyyə ayrılması bu prinsipə uyğun həyata keçirilir. Burada kəmiyyət müstəvisində şəffaflığı qorumaq mümkündür. Ölkəmizdə bu sistemin tətbiqi müəyyən dəqiqləşmələrə səbəb olacaq”.





Bunu Bakupost.az -a təhsil eksperti Elmin Nuri məktəblərdə adambaşı maliyyələşmə sisteminə keçid məsələsinə münasibt bildirərkən deyib.


Onun sözlərinə görə, uğurlu nəticə əldə etmək üçün adambaşına maliyyə sisteminə keçiddən öncə bir sıra məsələlər həllini tapmalıdır:

“Öncə hər bir məktəbə görə maliyyə normativləri müəyyən edilməlidir. Bilinməlidir ki, adambaşına nə qədər xərc düşür. Hədəf Azərbaycan təhsil sisteminin beynəlxalq təhsil sisteminə uyğunlaşdırılmasıdır və bu proses qaçılmazdır”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər