Ru
09:32 / 01 May 2025

Məktəbli qızlar 16 yaşlı yeniyetməni döyüb xəstəxanalıq etdilər

Məktəbli qızlar 16 yaşlı yeniyetməni döyüb xəstəxanalıq etdilər
Eye

Masallıda şagirdlər arasında insident yaşanıb.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Şərəfə kənd məktəbində baş verib.

Belə ki, həmin məktəbdə təhsil alan şagirdlər (qızlar), Şərəfə kənd sakini 2009-cu il təvəllüdlü məktəblini döyərək, onun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetiriblər. Xəsarət alan şəxs dərhal rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Xəstəxanadan bildirilib ki, Masallı Rayon Şərəfə kənd sakini 2009-cu il təvəllüdlü şəxs (qadın cinsli) Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Sol bud və kürək nahiyəsinin əziyi diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar