Ru
09:49 / 25 Yanvar 2024

Məmməd İsmayıl Heydər Əliyev, İlham Əliyev, Elçibəy, Anar və ölüm haqda danışır - Rüstəmxanlı söhbətləri - VİDEO

Məmməd İsmayıl Heydər Əliyev, İlham Əliyev, Elçibəy, Anar və ölüm haqda danışır - Rüstəmxanlı söhbətləri -  VİDEO
Eye

"Sabir Rüstəmxanlı söhbətləri" verilişinin budəfəki buraxılışında müəllif gənclik dostu, tanınmış şair, AzTV-nin keçmiş sədri Məmməd İsmayılla söhbət edib.



Bakupost.az xəbər verir ki, Məmməd İsmayılı evində ziyarət edən S.Rüstəmxanlı gənclik illərinin xatirələrini bölüşüb, bu gün həyatda olmayan dostlarını yad edib.

Söhbət zamanı M.İsmayıl uzun illərdir əziyyət çəkdiyi xəstəliklərindən danışıb, arzularını dilə gətirib. Xəstə adamlar üçün ölümün ən yaxşı çıxış yolu olduğunu deyib.

Daha sonra vaxtı ilə AzTV-dən getməsindən, Heydər Əliyevlə görüşü, Əbülfəz Elçibəy və cəbhə hakimiyyəti rəhbərliyi ilə münasibətləri, indiki hakimiyyət, İlham Əliyevlə barədə fikirlərini bölüşüb. Bu fikirlər bəlkə də sensasiya sayıla bilər. Çünki daha çox müxalifyönlü şair kimi tanınan M.İsmayıl ilk dəfə bəzi etiraflar edib...

O, eyni zamanda Yazıçılar Birliyinin sədri Anarla bağlı indiyə kimi heç bir müsahibəsində açıqlamadığı detallardan bəhs edib.

Başdan-ayağa nostalji məqamlarla dolu olan, olduqca maraqlı məqamlara toxunulan verilişin tam versiyasını izləməyə dəvət edirik...




Elnur
BakuPost


Həmçinin izləyin:





Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar