Ru
11:17 / 06 May 2026

Mərkəzi Bank inflyasiya proqnozunu açıqladı

Mərkəzi Bank inflyasiya proqnozunu açıqladı
Eye

Baza ssenarisinə əsasən, cari və növbəti ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır.

Bu barədə Bakupost.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Qeyd edilib ki, AMB-nin baza ssenarisi üzrə may proqnozlarına görə illik inflyasiyanın 2026-cı ildə 5.9%, 2027-ci ildə isə 4.5% olacağı gözlənilir.

İnflyasiya proqnozunun artma istiqamətində dəyişdirilməsi əsasən xarici mənşəli xərc amillərinin fəallaşmasından irəli gəlir. Bu amillərə qlobal ərzaq qiymətlərinin artım tempinin yüksəlməsi, ticarət tərəfdaşlarında inflyasiya təzyiqlərinin aktivləşməsi və nominal effektiv məzənnənin möhkəmlənmə tempinin səngiməsi aiddir. Tələb amillərinin fevral proqnozu ilə müqayisədə zəifləməsi təklif amillərinin inflyasiyaya artırıcı təsirini qismən neytrallaşdırıb. Ümumilikdə, may proqnozuna görə, inflyasiyanın əhəmiyyətli hissəsinin təklif amilləri hesabına formalaşacağı gözlənilir.

Vurğulanıb ki, ötən iclasdan bəri artan geosiyasi gərginlik inflyasiyanın risklər balansında xarici amillərin rolunu yüksəldib. Yaxın Şərqdə baş verən münaqişə təchizat zəncirlərində maneələr yaratmaqla nəqliyyat və sığorta xərclərinin yüksəlməsinə, eyni zamanda qlobal enerji bazarlarında artan istiqamətdə qiymət dəyişkənliyinin güclənməsinə səbəb olub. İlin qalan dövründə bu proseslərin davam etməsi ticarət tərəfdaşlarında inflyasiyanın dinamikasını müəyyən edən əsas amil olacaqdır. Məlumat üçün qeyd edək ki, cari il üzrə beynəlxalq maliyyə-kredit təşkilatları tərəfindən qlobal inflyasiya proqnozları da artım istiqamətində dəyişdirilib. Növbəti dövrlərdə idxal inflyasiyasının miqyası ticarət tərəfdaşlarındakı inflyasiya ilə yanaşı nominal effektiv məzənnənin dinamikasından da asılı olacaqdır. İnflyasiya gözləntilərinin istehlakı ehtimal olunandan daha çox artırması isə başlıca daxili risk faktorlarındandır.

Şərhlər
  • Köhnə Kolxozdarı

    Əski Mərkəzi sovet dövründə Əmək, Maddi və Maliyyə resursu tam AzSSRdə olsa da, uzaq formal səlahiyyət də vardı? 1992ci ildən Əmək, Maliyyə fondları-banklar, Strateji də daxil, hasilatı iki dəfədən yüksək fontan verən maddi-təbii sərvətlər və fondlarımız da nağd banklarımızın, özəl dövlətimizin sərəncamında! 20%lik ərazi bütövlüyü Zəfərinndən beş il, daxili-mərkəzi hərbi terror azadlığıdan üç il ötür! Yeni tam bərpa, böyük-geniş Qayıdış Quruculuğu bu yeni şərait və səlahiyyət imkanları nədən dövlətə dirçəliş, yüksəliş deyil, infllyasiya sürprizi gətirir? Maddi-texniki, texnoloji-əmək məsrəflərimiz siyasi xərclərdən sosial-texniki tərəqqiyə dönə bilmirmi?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar