Türkiyəli aktrisa Melisa Aslı Pamuk ana olur.
Bakupost.az xəbər verir ki, bir çox seriallara çəkilən aktrisa futbolçu Yusuf Yazıcı ilə aylar əvvəl xaricə köçüb və may ayında ailə qurub. Bu yaxınlarda Yazıcının ailəsini ziyarət etmək üçün Trabzona gedən Pamukun ana olacağı xəbərləri yayılıb.
Körpəyə görə serial və film təkliflərini qəbul etməyən məşhur aktrisa boş paltarlar geyinərək böyüyən qarnını örtməyə çalışıb.
Cütlük hələki bununla bağlı açıqlama verməyib.
Qeyd edək ki, Yusuf Yazıcı bir müddət əvvəl həyat yoldaşı Melisa Aslı Pamuku ailəsi ilə tanış etmək üçün Trabzona aparıb. Qohumlarını ziyarət edən cütlük Trabzonun turizm mərkəzlərindən olan Uzungölə də gedərək bol-bol fotolar çəkdiriblər. Pamukun Trabzona uyğun paltar geyinməsi, həyat yoldaşı və ailəsini ziyarət etməsi izləyicilərindən tam qiymət alıb. Cütlüyün körpə müjdəsini bu ziyarətlərdə ailəyə verdiyi bildirilib.
Aygün
BakuPost