Ru
18:52 / 17 Noyabr 2022

Məşhur aktyor “Qızıl Qlobus” mükafatını boykot etdi

Məşhur aktyor “Qızıl Qlobus” mükafatını boykot etdi
Eye

Dünya şöhrətli aktyor Brendan Freyzer “Qızıl Qlobus” mükafatının təqdimetmə mərasiminə qatılmayacaq.


Bakupost.az xarici mətbuata istinadla xəbər verir ki, aktyor keçmiş təşkilatçılardan birinin ona göstərdiyi təzyiq səbəbindən mərasimə qatılmaqdan imtina edib.


Sənətçi Darren Aronofskinin “Balina” filmindəki işinə görə namizəd olsa da, tədbirdə iştirak etməyəcəyini açıqlayıb.


Freyzer, 2003-cü ildə Hollivud Xarici Mətbuat Assosiasiyasının (HFPA) prezidenti Filip Börkün onu sıxışdırdığını demişdi. Hətta aktyor bu hadisəyə görə, bir müddət çəkilişlərdən də imtina edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar