Ru
00:46 / 05 Sentyabr 2024

Məşhur klinikanın direktorunun ölkədən çıxışına qadağa QOYULDU

3183
"Nigar Klinikası" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktorunun ölkədən çıxışına məhdudiyyət qoyulub.

Bakupost.az -ın "Qaynarinfo"ya istinadla məlumatına görə, qanuni təmsilçisi Sərdar Ağamir oğlu Seyidov olan, Çobanzadə küçəsi 24/05 ünvanında yerləşən "Nigar" klinikasının Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 51236.77 manat vergi borcu var.

Artıq birinci instansiya məhkəməsi də vergi borcunun ödənilməsi barədə qərar verib. Sərdar Seyidov Bakı Apellyasiya Məhkəməsinə şikayət verib.

İşə hakim Səadət Səlimovanın sədrliyi ilə baxılacaq. Qeyd edək ki, klinikanın təsisçisi ixtisasca həkim olan iş adamı Şahbaz Şahbazovdur.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar