Ru
10:12 / 31 Avqust 2025

Ərdoğan Çində belə qarşılandı - FOTO/VİDEO

Ərdoğan Çində belə qarşılandı - FOTO/VİDEO
Eye

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Şurasının 25-ci Zirvə Toplantısında iştirak etmək üçün Çinin Tiencin şəhərinə səfər edib.

Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Prezident Ərdoğanı Binhay Beynəlxalq Hava Limanında Çinin dövlət naziri Ley Haycao, Türkiyənin Pekindəki səfiri Səlçuk Ünal və səfirliyin əməkdaşları qarşılayıblar.

Ərdoğan ilə xanımı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, xəzinə və maliyyə naziri Mehmet Şimşək, müdafiə naziri Yaşar Gülər və digər rəsmilər də səfərdə iştirak edir.

Türkiyə lideri Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının 25-ci Zirvə Toplantısı çərçivəsində Çin Sədri Si Cinpinin liderlərin şərəfinə verdiyi şam yeməyinə qatılacaq.

O, başda həmkarı Si Cinpin olmaqla digər liderlərlə də ikitərəfli danışıqlar aparacaq.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar