Ru
22:53 / 16 Aprel 2026

Qətliamdan saatlar öncəki mesajları üzə çıxdı: "Öz atam məni..." - FOTO

Qətliamdan saatlar öncəki mesajları üzə çıxdı: "Öz atam məni..." - FOTO
Eye

Kahramanmaraşda oxuduğu məktəbdə silahlı insident törədən VIII sinif şagirdi İsa Aras Mersinlinin mesajları ortaya çıxıb.

Bakupost.az Savashmedia.az-a istinadla xəbər verir ki, mesajlar “Discord” mesajlaşma şəbəkəsindən götürülüb.

İ.A.Mersinli həmin yazışmada insidenti törədəcəyi saatdan neçənci sinfin uşaqlarını hədəf alacağına qədər bütün detalları yazıb.

Şagird mesajlarında ailədə şiddət gördüyünə dair ifadələrə də yer verib.

Jurnalist İhsan Yalçının yazdıqlarına istinadən İ.A.Mersinlinin mesajlaşmada istifadə etdiyi cümlələri təqdim edirik:

- Lənətə gəlsin!

- Bunu bu gün edəcəyəm.

- Günortadan sonra saat 3-də, ya da elə təxminən o vaxtlarda.

- V və VI siniflər hazır olsa, yaxşı olar.

- Öz atam məni boğmağa və öldürməyə çalışdı.

- Bu gün tamamilə tükəndim. Öz atam məni boğmağa və öldürməyə çalışdı.

- Evdə təkəm.

- Manifestimi tezliklə bitirəcəyəm və bir az yatacağam.

- Daha sonra bu dünyaya nə qədər tükəndiyimi göstərəcəyəm.

Qeyd edək ki, İsa Aras Mersinli bu mesajları aprelin 15-də, Türkiyə vaxtı ilə səhər saat 7 radələrində yazıb. “Discord” tətbiqində isə saat Argentina vaxtı ilə qeyd edilib. Çünki İ.A.Mersinli yazışmanı VPN vasitəsilə aparıb və seçilmiş VPN Argentinaya məxsus olub.


İ.A.Mersinlinin atası Uğur Mersinli də istintaqa verdiyi ifadəsində oğlunun telefonuna və kompüterinə VPN yüklədiyini təsdiqləyib.

Xatırladaq ki, ötən gün Kahramanmaraşda 14 yaşlı şagird İsa Aras Mersinli təhsil aldığı “Ayser Çalık” orta məktəbində silahlı insident törədib. İsa Aras Mersinli özü də hadisə yerində yaralanıb. Aldığı yara nəticəsində qanaxmadan ölüb.

Sabiq polis müfəttişi olan atası saxlanılıb. O, istintaqa verdiyi ifadəsində oğluna bazar ertəsi günü polis poliqonunda öz silahı ilə atış təlimi keçdiyini bildirib.

U.Mersinli qeyd edib ki, oğlunun psixoloji problemləri olub. İnsidentin törədildiyi silahlar Uğur Mersinlinin özünə məxsusdur. İsa Aras atasının silahlarından beşini götürərək çantasında məktəbə aparıb. Hadisə nəticəsində 9 nəfər ölüb, 20 nəfər yaralanıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar