Ru
21:42 / 16 Aprel 2026

“Rusiya Baltik dənizindəki adalardan birini ələ keçirə bilər”

“Rusiya Baltik dənizindəki adalardan birini ələ keçirə bilər”
Eye

İsveç Silahlı Qüvvələrinin Baş Komandanı Mikael Klasson Rusiyanın NATO-nun dözümlülüyünü yoxlamaq üçün Baltik dənizindəki strateji adalardan birini ələ keçirə biləcəyi barədə xəbərdarlıq edib.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Klasson ölkəsinin Moskvanın istənilən an alyansın gücünü sınaya biləcəyi ehtimalına qarşı hazırlaşdığını bildirib.

Baş komandanın sözlərinə görə, belə bir hərbi əməliyyat Ukraynadakı münaqişə başa çatdıqdan sonra reallaşa bilər.

Sözügedən açıqlamalar fonunda isə bu gün NATO-nun Finlandiyada Rusiya ilə mümkün silahlı münaqişə ssenarilərini tətbiq etmək məqsədilə genişmiqyaslı təlimlərə başladığı məlum olub.

Xatırladaq ki, NATO-nun baş katibi Mark Rutte 2025-ci il üzrə illik hesabatında Rusiyanı alyans və Avro-Atlantik region üçün “ən əhəmiyyətli və birbaşa təhlükə” kimi xarakterizə edib. Rutte vurğulayıb ki, Ukraynada sülh əldə olunsa belə, Rusiyanın hərbi ambisiyaları Avropa üçün uzunmüddətli risk olaraq qalacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar