Ru
21:24 / 16 Aprel 2026

Rusiyadan bu ölkələrə xəbərdarlıq etdi: Zərbə endirəcəyik!

Rusiyadan bu ölkələrə xəbərdarlıq etdi: Zərbə endirəcəyik!
Eye

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Finlandiya və Baltikyanı ölkələrə Ukrayna PUA-larının hücumları qarşısında Rusiyanın özünümüdafiə hüququnu xatırladıb.


Bakupost.az xəbər verir ki, Şoyqu mediaya açıqlamasında bu barədə deyib.

"Son zamanlar Ukraynanın pilotsuz təyyarələrinin Finlandiya və Baltikyanı ölkələr üzərindən Rusiyaya qarşı hücumları daha tez-tez baş verir. Nəticədə mülki şəxslər əziyyət çəkir və mülki infrastruktura ciddi ziyan dəyir.

Bu, iki halda baş verə bilər: ya Qərb hava hücumundan müdafiə sistemləri, artıq Yaxın Şərqdə olduğu kimi, son dərəcə qeyri-effektivdir, ya da bu dövlətlər bilərəkdən öz hava məkanlarını açıq saxlayır və bununla da Rusiyaya qarşı təcavüzə açıq şəkildə qoşulurlar.

Sonuncu halda, silahlı hücum halında dövlətlərin özünümüdafiə hüququnu nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsi beynəlxalq hüquqa əsasən qüvvəyə minir", - deyə Şoyqu vurğulayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar