Ru
20:59 / 16 Aprel 2026

Toya hazırlaşırdı: yoxlanıldı, işdən çıxarıldı - Toy təxirə salınır?

Toya hazırlaşırdı: yoxlanıldı, işdən çıxarıldı - Toy təxirə salınır?
Eye

Xəbər verdiyimiz kimi, Speys TV-də (Space TV) başlayan yoxlama kanalın baş direktoru, keçmiş KVN-çi Vado Korovinin vəzifədən uzaqlaşdırılması ilə davam etdi.

Bakupost.az xəbər verir ki, V.Korovinin baş direktorluqdan uzaqlaşdırılması hələ son deyil.

Kanal əməkdaşlarının ötən ayın maaşını almadığı bildirilir. Gərginlik isə kanalda maliyyə çətinlikləri ilə bağlıdır.

Bu gün yayılan növbəti iddiada isə Speys TV-nin ümumiyyətlə bağlanacağı bildirilir. Yayılan məlumata görə, təsisçi kanalın fəaliyyətini dayandırmasına qərar verib.

Maraqlıdır ki, bütün bu proseslər Vado Korovinin ailəsində xoş gün ərəfəsində baş verir. Belə ki, 10 aprel tarixində mediada yayılan məlumatda Korovinin qızının toyuna hazırlaşdığı bildirilmişdi. Qeyd edilirdi ki, Korovinin qızı Zarinanın Əli adlı bəylə toy məclisi aprelin 18-də keçiriləcək.
Baş verənlərin toy mərasiminə təsir edib-etmədiyi haqda məlumat yoxdur.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar