Xalq artisti Ənvər Sadıqovun ailəsində əlamətdar gün yaşanır. Tanınmış musiqiçinin oğlu Hidayət Sadıqbəyli hərbi xidmətə yollanır.
Bakupost.az Demokrat.az-a istinadla xəbər verir ki, musiqiçi bu xəbəri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
O, övladının yaxın günlərdə əsgər gedəcəyini qeyd edərək birlikdə çəkilmiş fotolarını yayımlayıb. Ənvər Sadıqov paylaşımına xeyir-dua verərək bu sözləri yazıb:
“Allah cəmi övladlarımızı qorusun. Xidmətini sağ-salamat bitirib vətənimizə, ölkəmizə layiqli övlad olasan oğlum, inşaallah”.
Xalq artistinin bu paylaşımı izləyiciləri tərəfindən maraqla qarşılanıb və gənc əsgərə xoş arzular ünvanlanıb.