Ru
11:39 / 18 Noyabr 2026

Məşhur xəstəxana sökülür: Yerində bina tikiləcək? - VİDEO

Eye

Paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən, uzun illər sakinlər arasında Dəmiryol Xəstəxanası kimi tanınan tibb müəssisəsinin ərazisində söküntü işləri aparılır.

"Bakupost" ATV-yə istinadla xəbər verir ki, tibb müəssisəsinin yerində yaşayış binasının inşa ediləcəyi ilə bağlı iddialar yayılıb.

Bununla bağlı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən bildirilib ki, Nazirlər Kabinetinin 2024-cü il 21 avqust tarixli qərarına uyğun olaraq Dəmir Yollarının tabeliyində fəaliyyət göstərən tibb müəssisələri və onlara məxsus əmlak artıq onların balansında deyil.

Məlumata görə, Mərkəzi Dəmiryol Xəstəxanası başqa bir dövlət qurumunun balansına keçib.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov bildirib ki, Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən, Mərkəzi Dəmiryol Xəstəxanası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib:

“Sərəncama uyğun olaraq xəstəxananın ərazisində nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə məxsus yeni infrastrukturun yaradılması nəzərdə tutulub”.

Qurumdan o da bildirilib ki, müvafiq infrastrukturun yaradılması, eləcə də xidmətlərin təşkili ilə bağlı ictimaiyyətə mərhələli şəkildə məlumat təqdim ediləcək.

Şərhlər
  • KORəfəyim qAĞA

    Azərbaycanı digərləri ilə Kremlyanlar müstəqim buraxandan hər birimiz özƏLcə (daha Uca) digərimizdən Üstdə oturmağa çalışırıq? *Biləcəri Dəmiryol Xəstəxanası* sökülür, ehtimal ki, yerində (nisbi-bərabər bölgülü soveti yıxanlardan?) *İşğüzarlara*, eləcə *Üstdəkilər*ə növbəti iri-bac gətirən (beşdən az olmaz?!) göydələnlər tikiləcək! Bu qədər yeni əlavə Səhiyyə-tibb sahələri yaratmaq üçün təkrarən zəhmətkeşlərin Sığorta Cibinə girən *Milli* Məclis və Hökumət həmin ssahəyə malİyyə çatdıra bilmirsə, hazır xəstəxana nədən və niyə Səhiyyə Nəzirinə də yox, elə sığorta və vergisini dəqiq yığmayan ƏƏMNəzirliyinə peşkəş edilir? *Gülüstan* adlı Park da məhv olurmuş? Bəs, milyondan çox yErmənistan və bir qarışı da verilməz Qarabağ qaçqınları bir qərinədi iş-sığınacaq yerləri axtaranda, həmin obyektləri nə istifadə etmiş, nə görmüş, necəsə *əritmişikmi?* sayılır?

This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar