Ru
23:28 / 20 Dekabr 2022

Messinin Dünya Kuboku ilə fotosu İnstaqramda rekorda imza atdı

10018
35 yaşlı argentinalı futbolçu Lionel Messinin Dünya Çempionatında çəkilmiş şəkli İnstaqramda yeni rekorda imza atıb.

Bakupost.az bildirir ki, əfsanəvi futbolçunun paylaşımını 64 351 549 nəfər bəyənib. Bundan əvvəl Lionel Messi və Cristiano Ronaldonun Lois Vuitton kampaniyası üçün çəkilmiş birgə fotoşəkili də rekord sayda- 42 milyondan çox bəyənmə toplayıb.
Bununla belə, ən çox bəyənilən paylaşımın əsas rəqibi 2019-cu ildə təxminən 56 milyon bəyənmə alan adi bir yumurtanın fotosu olub.

"Dünya Çempionları! Mən bunu o qədər xəyal etdim ki, hələ də inana bilmirəm. Ailəmə, mənə dəstək olan və inanan hər kəsə səmimi qəlbdən təşəkkür edirəm. Biz bunu bacardıq!" - dünya çempionu paylaşıma imza atıb.

Şərhlərdə argentinalı məşhuru futbolçu Pele, dünyanın ən yaxşı məşqçilərindən biri Joze Mourinyo, əfsanəvi futbolçular Deko, Rivaldo və bir çoxları təbrik edib.

Xatırladaq ki, Lionel Messi 2022-ci il dünya çempionatının ən yaxşı futbolçusu seçilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər