Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov oğullarına toy edib.
Bakupost.az Manset.az-a istinadən xəbər verir ki, MSK rəhbəri bir həftədə iki möhtəşəm toy mərasimi keçirib. Belə ki, M. Pənahov əvvəlcə kiçik oğlu Araz Pənahova “Buta Palace”da, elə həmin həftə ərzində də böyük oğlu Məhəmməd Pənahova “Fairmont” hoteldə dəbdəbəli toy edib. Məhəmməd Həlimə adlı xanımla, Araz isə Nərgiz adlı xanımla ailə həyatı qurub. Mərasimdə nazirlər, deputatlar, icra başçıları, generallar və nüfuzlu iş adamları iştirak edib.
Toyu Xalq artistləri Röya Ayxan, Eyyub Yaqubov, Əməkdar artist Xəyyam Nissanov idarə edib.
MSK sədri Məzahir Pənahov sayta açıqlamasında toy mərasimlərinin keçirildiyini təsdiq edərək dəstəyi asıb.
Övladlarının xeyir işinə təbrik.Öğullu-qızlı olsunlar!Ancaq,seçki komissiyasına rəhbərlik edən birinin Röya Ayxan səviyyəsinə enməsi heç yaxşı əlamət deyil..
Qabaqda yeni seşkilər gəlir.Yenə yığacaq.Ona icazədir.Saxtakarlıq rşvətsiz olmur.Guya bunu hakimiyyətt bilmir?Bilərəkdən saxtakarı DSK-də saxlatır.
Cənab prezident hər halda ölçü götürər məzi barədə! Öz oğlunun toyunu sadə etdi ki, harın məmurlar dərs alsınlar! Nəticə göz qabağında!