Ru
15:53 / 29 İyul 2022

Millət vəkili: İnstitutların tədqiqat işləri zəifdir

2935
“Uzun illərdir AMEA-nın elmə hər hansı bir töhfəsi yox idi. Akademiya adı olan, lakin heç bir fəaliyyəti olmayan quruma çevrilmişdi. Ümid edirəm ki, onun Təhsil və Elm Nazirliyinin tabeliyinə verilməsi müsbət irəliləyişlərə səbəb olacaq".
Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Müşfiq Cəfərov deyib.


Millət vəkilinin sözlərinə görə, Elm və Ali təhsil üzrə Dövlət Agentliyi bu sahədə işləri qaydaya salmaq üçün bir şans ola bilər:


“Nazirlik bu elmi institutları univeristetlərin tabeliyinə keçirə bilər. Çünki son iki ildir ki, həm nazirliyin, həm də universitetlərin elmi tədqiqat və innovasiya xarakterli araşdırmalara daha çox üstünlük verilməsi müşahidə olunur. Əgər nazirlik mövcud elmi institutları universitetlərin idarəçilliyinə həvalə etsə, ali təhsil müəssisələrinin də fəaliyyətinin təkmilləşdirilməsinə, genişləndirilməsinə şəriat yaratmış olacaq. Ölkəmizədə əksər institutların tədqiqat işi zəif olduğundan yeni yaradılan Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi də bu sahədə işləri qaydaya sala bilər. Məncə, nazirlik hazırki situasiyanı doğru dəyərləndirəcək, elm və təhsilin sürətli inkişafı üçün daha effektiv və səmərəli mexanizmlər müəyyənləşdirəcək”.

Fərid
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər