Ru
20:01 / 10 İyun 2025

Millimiz Gürcüstanla bərabərə qaldı

Millimiz Gürcüstanla bərabərə qaldı
Eye

Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama görüşünü keçirib.

Bakupost.az xəbər verir ki, U-17 Gürcüstanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.

Oyun 1:1 hesablı heç-heçə başa çatıb. Millimizin heyətində qolu 26-cı dəqiqədə Səttar Tahirzadə vurub.

Qeyd edək ki, yığma iyunun 6-da Qəbələdə keçirdiyi ilk yoxlama oyununda Qazaxıstan seçməsi üzərində 2:0 hesablı qələbə qazanıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar