Ru
15:22 / 27 İyun 2025

Millimizin sabiq basketbolçusu vəfat etdi

Millimizin sabiq basketbolçusu vəfat etdi
Eye

Azərbaycan basketboluna ağır itki üz verib.

Bakupost.az xəbər verir ki, uzun illərdir Rusiyanın Stavropol şəhərində yaşayan, milli komandamızın sabiq üzvü, SSRİ idman ustası Vaqif Hacımətov 62 yaşında uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.

O, Sovet dövründə, 1982-ci ildə SSRİ basketbol yığmasına dəvət alıb. Hacımətov SSRİ çempionatında Azərbaycan Neft və Kimya İnstitutunun komandasında çıxış edib, daha sonra isə Rusiya çempionatında "Dinamo" (Stavropol) klubunun uğurları üçün mübarizə aparıb. Peşəkar basketbolçu karyerasını başa vurduqdan sonra məşqçilik fəaliyyəti ilə də məşğul olub.

Allah rəhmət eləsin!

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar