Ru
21:32 / 23 Mart 2024

MKİ Moskva teraktından məlumatlı olub - Açıqlama

3093
MKİ dünyanın hər yerində geniş kəşfiyyat şəbəkəsinə malik olmaqla yanaşı, müasir dinləmə texnologiyalarından istifadə edir. Məsələn, MKİ Moskvadakı terror olayını əvvəlcədən müəyyənləşdirə bilib.

Bakupost.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, MKİ sadəcə, günü və terrorçuların Moskvada konkret hara hücum edəcəyindən xəbərsiz ola bilərdi:

"Ancaq terrorçu qruplaşmalardan birinin Moskvada artıq terror planlaşdırdıqları barədə məlumatı olub. Bunu həm terrorçu təşkilatın içindəki MKİ xəfiyyəsi sızdıra, həm də təşkilat müxtəlif dinləmələr üzərindən terror hazırlığı qənaətinə gələ bilərdi. Eyni sözü müharibələr barədə də söyləmək olar. 2020-ci ilin sentyabrında Azərbaycanla Ermənistan arasında müharibə başlamadan bir neçə gün öncə ABŞ-ın Bakıdakı və İrəvandakı səfirlikləri vətəndaşlarına sərhəd bölgəsindən uzaq dayanmağı məsləhət bilmişdi. MKİ əldə etdiyi məlumatlar və apardığı analiz üzərindən müharibənin başlayacağı qənaətinə gəlmişdi. Sadəcə sual olunur: Bu qədər imkanı olan Mərkəzi Kəşfiyyat İdarəsi necə olub ki, 2001-ci ilin sentyabrında terrorçuların burnunun ucunda hücumlarını müəyyənləşdirib qarşısını ala bilmədi?".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər