Ru
15:44 / 23 Mart 2024

“Krokus Siti"də ölənlərin sayı 150 nəfərə çatdı - VİDEO-Yeniləndi

7804

Moskva vilayətində "Krokus Siti"də baş vermiş terror aktında ölənlərin sayı 150 nəfərə çatıb.

Bakupost.az xəbər verir ki, bu barədə "112" Teleqram kanalı bildirib. Ölənlərin sayının artacağı qeyd olunur.

***

15.11

Moskva vilayətində "Krokus Siti"də baş vermiş terror aktında ölənlərin sayı 143 nəfərə çatıb.

Bakupost.az xəbər verir ki, bu barədə "Mash" TQ kanalı məlumat yayıb.

***

14.21

Moskva vilayətində "Krokus Siti"də baş vermiş terror aktında ölənlərin sayı 115-ə çatıb.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

***

09.15

“Krokus Siti"də ölənlərin sayı 99-a çatdı

Rusiya Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, hadisə nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb.

***

03:42

Moskva vilayətində “Krokus siti holl”da baş vermiş terror aktında ölənlərin sayı 70-ə çatıb.

Bakupost.az xəbər verir ki, bu barədə hakimiyyətə yaxın “Shot” teleqram kanalı bildirib.

“İlkin məlumata görə, “Krokus”da terror aktı nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb”.

Qeyd olunub ki, tualet, bəslənmə və avadanlıq otaqlarında xeyli meyit tapılıb:

“Xeyli sayda meyit tualetlərdə, bəslənmə otağı və təmizləyicilərin inventar saxladığı otaqlarda – insanların atəşdən gizləndiyi yerlərdə tapılıb. Çoxları sadəcə tüstüdən boğulub, bədənlərində heç bir xəsarət olmayıb”.

Yaralananların yenilənmiş sayı barədə isə məlumat verilməyib.


***

Moskvada “Crocus City" ticarət mərkəzində baş verən terror aktında zərərçəkənlərin sayı artıb.

Bakupost.az xəbər verir ki, bu barədə Moskva vilayətinin Krasnoqorsk şəhərinin Səhiyyə Nazirliyinin saytında məlumat yer alıb.

Nazirliyin saytında dərc olunan siyahıdan məlum olur ki, terror aktı nəticəsində yaralananların sayı 147 nəfər, ölənlərin sayı isə 40 nəfərdir.

***

Moskvadakı "Krokus Siti" ticarət mərkəzində baş verən terror aktı zamanı yaralananlarınısayı 140 nəfərə çatıb.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya paytaxtının təcili yardım xidməti məlumat yayıb.

Yaralılardan 77 nəfər xəstəxanaya yerləşdirilib.

23.17

Moskvada “Krokus Siti Hall” ticarət mərkəzində baş verən atışma nəticəsində 21 nəfərin ölüb.

Bakupost.az xəbər verir ki, bu barədə "Baza" məlumat yayıb.

Xəbərə görə, Rusiya İstintaq Komitəsi “terror aktı” maddəsi ilə cinayət işi açıb. Hazırda təhlükəsizlik işçilərinin binaya basqını davam edir.

Rusiya Federal Təhlükəsizlik Xidməti isə terror aktı nəticəsində 40 ölü, 100-dən çox yaralı olduğunu bildirib.

22.00


Moskva yaxınlığında yerləşən "Crocus City Hall" konsert zalında atışma olub.


Bakupost.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, zalda atışma səsi eşidilib, bundan sonra insanlar oranı tərk etməyə başlayıblar.

"RİA Novosti" bildirib ki, kamuflyaj geyinmiş üç naməlum şəxs insanlara atəş açıb.

"Baza" teleqram kanalının yaydığı məlumata əsasən, hadisə zamanı 12 nəfər ölüb, 35 nəfər isə yaralanıb.

Qeyd edək ki, "Crocus City Hall" azərbaycanlı iş adamı Araz Ağalarova məxsusdur.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər