Ru
16:09 / 16 Oktyabr 2024

Mübariz İbrahimovun atası dəfn olundu - FOTO+YENİLƏNDİ

Mübariz İbrahimovun atası dəfn olundu  - FOTO+YENİLƏNDİ
Eye

11.22

Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimovun səhhətində ciddi problemlər yaranlıb.

Bakupost.az -ın əldə etdiyi məlumata görə, o, təcili olaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

***
11.40

Ağakərim İbrahimovun oğlu Rəşad İbrahimov Bakupost.az -a açıqlamasında atasının vəziyyətinin ağır olduğunu və xəstəxanaya yerləşdirildiyini təsdiqləyib. O, xəstəxanada olduğunu bildirib və əlavə suallara cavab vermək istəməyib.

***
11.49

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından Bakupost.az -a verilən məlumata görə, Mübariz İbrahimovun atası Ağakərim İbrahimov vəfat edib.

Xəstəxanadan bildirilib ki, bu gün səhər saatlarında A.İbrahimov infarkt keçirib və o, xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

***
Milli Qəhrəman Mübariz İbrahimovun bu gün dünyasını dəyişən atası Ağakərim İbrahimov dəfn olunub.

Bakupost.az xəbər verir ki, mərhum doğulduğu Əliabad kəndinin qəbiristanlığında torpağa tapşərəlıb.

Xatırldaq ki, bu gün səhər saatlarında A.İbrahimov infarkt keçirib və o, xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb

Elnur, BakuPost

Mübariz İbrahimovun atası dəfn olundu  - FOTO+YENİLƏNDİ
Mübariz İbrahimovun atası dəfn olundu  - FOTO+YENİLƏNDİ
Mübariz İbrahimovun atası dəfn olundu  - FOTO+YENİLƏNDİ
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar