"Maaşımı istədim, müdir məni döydü" – Bakıda bağçada qalmaqal - VİDEO
6638
Maaşını ala bilmədiyi üçün etiraz edən işçi müdir tərəfindən döyüldüyünü iddia edir.
"Bakupost" xəbər verir ki, Tovuz rayon sakini Leyla Rəhimovanın sözlərinə görə, maaşının ödənilməsini tələb etdiyi üçün Yasamal rayonunda yerləşən "Laləli" uşaq bağçasının müdiri ona qarşı zorakılıq tətbiq edib.
"1 ay yarımdır maaşımı vermir. Ona yazırdım, cavab vermirdi. Axırda bağçaya gəldim. Bundan sonra dedi ki, ərizə yaz, işdən çıx. Dedim ki, yazaram, amma maaşımı verin. Sonra otaqdan çıxdım. Çantamı hirslə yerə çırpdım. O da otaqdan çıxıb "Burda nə hoqqa verirsən?! deyərək qolumdan tutdu və məni otağa apardı. Hamını otaqdan çıxarıb qapını bağladı. Məni 3-4 dəfə divara çırpdı, üzümə şillə vurdu. Bizi işçilər ayırdı".
Leyla Rəhimova deyir ki, bağça müdiri ona 300 manat əməkhaqqını verməməklə yanaşı, autizm sindromlu uşağını da bağçadan çıxarıb.
Daha ətraflı "Xəzər" TV-nin sujetində:
Lalə, BakuPost
Şərhlər
Əlixan Suleymanlı-Tovuzlu
Bu hadisə Azərbaycanın Yeni (Müasir Beynəlxalq-dünyəvi Demokrat) Partiyasının mərkəzləşdiyi Bakının Yasamal rayonunda baş verib? Bakının Binəqədi zavodunun Tovuzlu İH sədri isə aylarla, illərlə onlarla belə işçilərin maaşlarını öəməməklə də daha bir zavodu da dəniz sahilində qurub?! Rus və yeni az. kələmi: Победителей и Сильных, если-порой уничтожают, почему-то по закону не осуждают???