Ru
17:10 / 04 İyul 2024

Müəllimlər aldadılaraq kütləvi şəkildə işdən çıxarılır - VİDEO

3886
“Sertifikasi prosesindən keçməyən müəllimlərin əmək müqavilələrinə Əmək Məcəlləsinin “c” bəndiylə xitam verirlir. Ancaq əmək müqaviləsinin pozulmasını qadağan edən hallar nəzərə alınmalıdır. Müəllimlərdən işdən çıxmaları ilə bağlı kütləvi şəkildə ərizələr alınır. Baxmayaraq ki, sertifikasiyadan keçməyib, amma hüquq onların tərəfindədir. Çünki onların aralarında elələri var ki, 79-cu maddəyə düşür, 6 yaşına qədər uşağını təkbaşına böyüdür, ailəsində birinci qrup əlil var və ya 18 yaşına qədər əlillik müəyyən edilmiş uşağı var”.




Bunu Bakupost.az -a açıqlamasında təhsil üzrə ekspert Elşən Qafarov deyib.

Onun sözlərinə görə, belə olan halda məktəb rəhbərliyi müəllimi aldadaraq ərizəsini alır və əmək müqaviləsinə xitam verir:

“Yəni 70-ci maddənin "c" bəndiylə "ç" bəndinin fərqini bilməyən müəllimi aldadaraq yalandan ona izah edirlər ki, 70-ci maddənin "c" bəndiylə işdən azad olunsanız bir də bundan sonra dövlət işində işləyə bilməzsiniz, sizi heç kim işə götürməyəcək və bu böyük biabırçılıq olacaq. Bu cür psixoloji basqı altında müəllimlərə ərizə yazdırırlar. Nəticə etibarı ilə sertifikasiyadan keçməyən müəllimin işinə 70-ci maddənin “c” bəndiylə deyil, 68-ci maddənin ikinci hissəsinin “a” bəndiylə, yəni tərəflərin birinin təşəbbüsüylə xitam verirlər”.

Ekspert belə halları törədən məktəb rəhbərlərinin vəzifələrindən sui-istifadə etməsinin yolverilməz olduğunu bildirib:

“Müəllimin öz hüququnu bilməməsi cəmiyyətin faciəsidir. Amma idarəetmə qurumlarında oturanların fırıldaq, yalan, şantaj, psixoloji basqı yoluyla onları aldatmaq, bu məsələdə dövlətin onlara verdiyi görəv və səlahiyyətdən sui-istifadə etmək yolverilməzdir”.



Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər