Ru
21:13 / 17 İyun 2024

"Müharibə sürətlə Avropa və NATO ərazilərinə yayılacaq" - Berbok

1458
Almaniyanın xarici işlər naziri Annalena Berbok Rusiyanın təcavüzündən qorunan Ukraynaya yardımın kəsilməsinin ölkəsi və NATO üçün təhlükəli nəticələri barədə xəbərdarlıq edib.

Bakupost.az xəbər verir ki. o, bu barədə “Süddeutsche Zeitung” qəzetinə müsahibəsində bildirib.

“Ukraynaya yardımı davam etməsək, Putinin qoşunlarının Polşa ilə sərhəddə dayanması riski yaranacaq. O zaman müharibə sürətlə AB və NATO ərazilərinə yayılacaq. Azadlığımızı və müstəqilliyimizi özümüz müdafiə etməli olsaq, nə qədər bədəl ödəməli olacağımızı hesablamaq çətindir. Nəhayətdə, bu bir nəticəyə gətirib çıxarır: Ukraynanı dəstəkləmək bizə müharibəni özümüzdən uzaq tutmağa imkan verir”, - o, Annalena Berbok vurğulayıb.

Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri yeni qaçqın axını təhlükəsi barədə də xəbərdarlıq edib:

“Əgər Ukrayna artıq özünü müdafiə edə bilməsə, - mən bu sözləri ilk növbədə Kiyevə yardımı rədd edənlərə ünvanlayıram, - onda daha milyonlarla insan qaçqın düşəcək. Axı kim istəyər ki, işgəncə və işğal altında könüllü yaşasın?”.

O bildirib ki, artıq bir milyondan çox ukraynalı Almaniyada sığınacaq tapıb:

"Məğlubiyyətin azad Ukrayna və azad Avropa üçün ağır nəticələri olacaq. Ona görə də Ukraynaya yardım genişləndirilməlidir".

Annalena Berbok yenidən dünyadakı tərəfdaşlarını Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təchiz etməyə davam etməyə çağırıb.

Zaur, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər