Ru
11:44 / 25 Oktyabr 2023

Müşfiq Abbasov Polis Akademiyasında görüş keçirdi - FOTO

16421
Dünən detektiv yazıçı Müşfiq Abbasovla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının əlaçı kursantları arasında görüş keçirilib.

Bakupost.az xəbər verir ki, Akademiyanın kitabxanasında səmimi ortamda baş tutan görüşdə kursantlar yazıçı Müşfiq Abbasovun detektiv romanlarına münasibət bildirərək əsərlərdəki istintaq və əməliyyat axtarış fəaliyyətini, cinayətkarların ifşa olunması üçün istifadə olunan metodları müzakirə edib, habelə özlərini əsərin qəhrəmanları yerinə qoyaraq qeyri-aşkar şəraitdə baş verən xüsusilə ağır cinayət hadisələrinin qısa müddətdə aşkara çıxarılması üçün daha hansı tədbirlərin həyata keçirilməsinin mümkünlüyünü bildiriblər.





Daha sonra kursantlarla yazıçı M.Abbasov arasında "Şeytanın siması" kitabındakı polis əməkdaşlarının fədakarlığı, cinayətkarların gizlənmə üsullarının aşkara çıxarılması tədbirləri, vətənpərvərlik, ailə bağlarına sadiqlik və sair mövzularda maraqlı diskussiya aparılıblar.

Yazıçı Müşfiq Abbasov belə bir görüşü təşkil etdiyinə görə Akademiyanın rəhbərliyinə minnətdarlıq edib və sonda "Şeytanın siması" kitabını təlim və təhsildə fərqlənən kursantlara öz imzası ilə hədiyyə edib.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər