Hansı bank etibarlıdır? - SORĞU
Ru
12:55 / 28 Noyabr 2024

Natiq Cəfərlidən bələdiyyələrlə bağlı İLGİNC MÜQAYİSƏ

1120

“Bələdiyyələrlə bağlı əsas problem səlahiyyət və məsuliyyət məsələsidir. Bələdiyyələrin səlahiyyəti məhduddur və onlar icra qrumlarından asılı vəziyyətdədilər”.

Bu sözləri Bakupost.az -a açıqlamasında REAL partiyasının sədri Natiq Cəfərli bildirib.



O, qeyd edib ki, digər bir problem isə bələdiyyələrin büdcəsiylə bağlıdır:

“Azərbaycanda bütün ölkə üzrə bələdiyyələrin büdcəsi 51 milyon manatdır. Amma Türkiyədə bir tək Adana şəhər bələdiyyəsinin büdcəsi təxminən 70 milyon dollardan çoxdur. Ona görə də, əsas məsələ büdcə və səlahiyyət məsələsidir. Büdcə də səlahiyyətə bağlıdır. Bələdiyyələrin büdcəsi və səlahiyyəti olsa, vətəndaşlara xidmət də edə biləcək. İndiki sistemdə bələdiyyələr arabanın beşinci təkəri kimidir, fəaliyyət istiqaməti, səlahiyyət və məsuliyyət bölgüsü bəlli deyil, icra sturukturlarından çox asılıdılar. Bütün bunlar Azərbaycanda bələdiyyə sisteminin oturuşmasına və rəğbət görməsinə imkan vermir. Bu gün, doğrudan da, Azərbaycanda bələdiyyə sistemiylə bağlı sorğu keçirsəniz, əhalinin 90 faizi deyəcək ki, bələdiyyələr ümumiyyətlə, lazım deyil, çünki biz onun fəaliyyətini görmürük. Halbuki günah təkcə bələdiyyələrdə deyil, həm də oyun qaydalarındadır. Ona görə də, yeni qanunların qəbul olunmasına və bələdiyyələrin səlahiyyətinin artırılmasına ehtiyac var”.

Rəhman Mirzəlizadə,
Bakupost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar