Ru
23:09 / 20 Aprel 2024

İranda baş verən zəlzələ Naxçıvanda hiss edilib - YENİLƏNDİ

2145

Naxçıvan stansiyasından 76 km cənub-qərbdə, İranın Xoy şəhərində zəlzələ qeydə alınıb.

Bakupost.az APA -ya istinadla xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ Naxçıvan stansiyasından 76 km cənub-qərbdə Azərbaycanın Naxçıvan, Ordubad, Culfa, Şahbuz, Babək rayonlarında 3 bala qədər hiss olunub.

Yeraltı təkanlar yerli vaxtla saat 22:01-də qeydə alınıb.

Zəlzələ ocağı yerin 4 kilometr dərinliyində olub.


***

Naxçıvan Muxtar Respublikasında zəlzələ baş verib.


Bakupost.az APA-ya istinadla xəbər verir ki, saat 22:03-də qeydə alınan zəlzələ Naxçıvan MR ərazisində 3 bala qədər hiss olunub.

Zəlzələ təxminən 5-7 saniyə davam edib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər