Ru
22:23 / 28 May 2024

Nazpəri: "Bu, mənə qarşı hörmətsizlikdir"

3380
“Gənclərimiz mənim mahnıma müraciət edəndə sevinirəm. Amma baxır hansı formada. Qaldı ki, “Dilbərim” mahnısına... O qız ifa etdikcə, mən gördüm ki, insanlarda çox aqressiya yarandı. Mahnım da gözdən düşməyə başladı. Mənim səsimi çıxarıb, mənim fonoqramımın üstünə oxuyurdu. Mənim səsimi çıxarıb bir kənara atmaq ən azından hörmətsizlikdir".

Bakupost.az xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva qonaq olduğu "İncə səhər" verilişində deyib.

Sənətçi bildirib ki, gənc ifaçılar onun mahnılarını oxuyaraq, korlayırlar:

"Bütün gənclərə tövsiyəm budur ki, mahnılarımı oxumaq istəyirsiniz, buyurun. Əvvəla, heyif etməyin. Əgər oxuya biləcəksinizsə, oxuyun. İkinci bir tərəfdən, mənim səsimi kənara atanda aranjimanın keyfiyyəti ölür. O mahnı tamamilə gözdən düşür. Mənim etirazım ona olub. Mənim ifa etdiyim mahnının aranjimanına, mənim səsimə toxunmayın. Hər kəs özü kimi olsun. Əgər mənim, Nazpərinin ifa etdiyi kimi oxumağa çalışırsansa, sən hər bir zaman Nazpərinin kölgəsində qalacaqsan”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər