Neftçalanın Aşağı Surra kəndində çaqqallar 43 yaşlı kişini parçalayıb.
Dəhşətli hadisə barədə
Bakupost.az-a Neftçala sakini məlumat verib.
Onun sözlərinə görə, hadisə bu gün səhər saatlarında baş verib. Belə ki, Neftçala rayon, Aşağı Surra kənd sakini İxtiyar Tarverdiyev səhər toyuqları həyətə buraxmaq üçün hinə yaxınlaşarkən, iki çaqqalın hücumuna məruz qalıb.
"O, çaqqallardan birini boğub öldürüb. Digər çaqqal isə 43 yaşlı İxtiyarın bədənin müxtəlif hissələrini dişləyib. Ona çox ağır xəsarətlər yetirib. Hadisə nəticəsində İxtiyar dünyasını dəyişib", - deyə kənd sakini bildirib.
Qeyd edək ki, İxtiyar Tarverdiyev epilepsiya xəstəliyindən əziyyət çəkirmiş.
Zaur, BakuPost
P.S.Fotoda İxtiyar Tarverdiyev arxa plandakı şəxsdir.
Dəqiq bilmədiyiniz məlulatlarli şayə şəklində reyting xətrinə yaymayin camahati yalan yerə aldatmayin!!! Allah sənə rəhmət eləsin dayı????????
Allah rəhmət etsin xalam oğlu idi.pehlavan kimi oğlan idi.reytinq xətrinə hər ağlınıza gələni yazmayın.seymur Tanrıverdiyev yazdıqları tamam doğrudur.seymur mənim xalam nəvəsidir.
Dayim ALLAH SENİ REHMET ELESİN????
Salam niye agliniza geleni yazirsiz rehmetlik menim emimdir seker xestesi olub sadece insulin vurub imutet dusub caqqalida bir eli ile bogub heyacanlanib sekeri dusub ureyi dayanib