Ru
15:09 / 24 Mart 2023

Nəqliyyatin səs-küyü hipertoniyaya səbəb olur

Nəqliyyatin səs-küyü hipertoniyaya səbəb olur
Eye

İngiltərədə Biobank adlı biotibbi verilənlər bazasından məlumat əldə edilərək araşdırma aparılıb.

Bakupost.az xəbər verir ki, araşdırma nəticəsində yolda yaranan səs-küyün hipertoniya yarada biləcəyi məlum olub.

Araşdırmada Avropada modelləşdirmə vasitəsi olaraq istifadə edilən ümumi səs-küyün qiymətləndirilməsi metodundan istifadə olunub.Təcrübədə hipertoniya şikayəti olmayan 40-69 yaş arası 246 min 447 adam iştirak edib. Təcrübə 8 il müddətində aparılıb.

Tədqiqatçılar həm hava çirkliliyi, həm də nəqliyyat səs-küyünə məruz qalanların yüksək təzyiqdən əziyyət çəkmə ehtimalının daha çox olduğuna diqqət çəkib. Bildirilib ki, səs-küyün dozası artdıqca xəstəlik riski də artır.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hazırkı məlumatlarına görə, dünyada 1,28 milyard hipertoniya xəstəsi var.

Aynur,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar