Ru
17:33 / 24 Aprel 2024

Nəsib Quliyev dünən universitetdə olub - Prorektor danışdı

15977
Xəbər verdiyimiz kimi, Respublikanın keçmiş baş pediatrı Nəsib Quliyev bu gün Abşeron rayonunda yaşadığı evdə özünü güllələyərək öldürüb. Onun intiharı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Nəsib Quliyev baş pediatr vəzifəsindən ayrıldıqdan sonra Azərbaycan Tibb Universitetində çalışırdı.

Bakupost.az xəbər verir ki, ATU-nun elmi işlər üzrə prorektoru Rauf Bəylərov "Unikal"a açıqlamasında bildirib ki, Nəsib Quliyevin intihar xəbərinə çox üzülüb:


"Hadisəni eşidəndən sonra özümə gələ bilməmişəm. Nəsib Quliyev dünən universitetdə idi. Hər şey qaydasında idi. Özünü yaxşı hiss edirdi.

Bir neçə gün əvvəl Nəsib müəllimin həyat yoldaşı əməliyyat olunub. Dünən onunla bağlı məndən icazə almışdı. Bu gün işə gəlməyib.

Sonuncu dəfə keçən həftə danışığımız olub. Nəsib müəllimi Elmi Şuranın sədri təyin etmişdik. Buna görə bizə və rektora minnətdarlığını bildirdi. Ona elmi işlərlə məşğul olmasına imkan yaradıldığı üçün təşəkkür etdi. Ümumiyyətlə, Nəsib müəllimdə hər hansı narahatlıq və ya mənfi bir hal hiss etməmişəm.

Təxminən 1 ay əvvəl keçirdiyimiz iclasda çıxış etmişdi", - deyə kafedra müdiri qeyd edib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər