Hansı bank etibarlıdır? - SORĞU
Ru
10:30 / 27 Noyabr 2024

Netanyahu: Atəşkəs pozulsa, yenidən zərbələr endirəcəyik

773
"Hizbullah" atəşkəs razılaşmasını pozarsa, İsrail güclə cavab verəcək. Yaraqlılar vurulacaq.

Bakupost.az "The Times of Israel”ə istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

"Hizbullah" razılaşmanı pozsa və yenidən silahlanmağa çalışsa, biz zərbə endirəcəyik. Əgər o, sərhəd yaxınlığında terror infrastrukturunu bərpa etməyə çalışsa, biz hücum edəcəyik. Raket atarsa, tunel qazarsa, raketlə yük maşını gətirərsə, hücum edəcəyik", - Netanyahu bildirib.

İsrailin Baş naziri həmçinin əmin edib ki, onun ölkəsi yaraqlılarla atəşkəs razılaşmasını yerinə yetirmək niyyətindədir.

Netanyahunun sözlərinə görə, o, Livanda atəşkəs təklifini Nazirlər Kabinetinin tam təsdiqinə təqdim edəcək. Və atəşkəsin müddəti Livanda baş verənlərdən asılı olacaq.

O aydınlaşdırıb ki, indi atəşkəsə razılaşmaq üçün üç səbəb var. Birincisi, diqqəti İran təhlükəsinə yönəltməkdir. İkincisi, qoşunlara dincəlmək və yenidən silahlanmaq imkanı verməkdir. Üçüncüsü, "döyüş meydanında tək qalacaq” və "böyük təzyiq altında olacaq” HƏMAS yaraqlılarının təcrid olunmasıdır.

Xatırladaq ki, "The Jerusalem Post” atəşkəsin bu gün, noyabrın 27-də səhər saatlarında qüvvəyə minə biləcəyini yazıb.

KİV-in məlumatına görə, razılaşma, xüsusən də, İsrail hərbçilərinin 60 gün ərzində Livan ərazisindən tamamilə çıxarılmasını nəzərdə tutur.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar