İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla görüşü zamanı onun Nobel Sülh Mükafatına namizədliyini irəli sürdüyünü bildirib.
Bakupost.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
İsrailli siyasətçi Nobel Komitəsinə ünvanladığı məktubu Ağ Evdəki görüşü zamanı amerikalı həmkarına təqdim edib.
“Biz danışdığımız vaxt o, biri-birinin ardınca ölkələr və regioanlara sülhü möhkəmləndirir”, - deyə Netanyahu vurğulayıb.
O, həmçinin Trampın “dünyada və xüsusilə də Yaxın Şərqdə sülh və təhlükəsizliyə nail olmaq” səylərini yüksək qiymətləndirdiyini qeyd edib.
Lalə,
BakuPost