Ru
23:10 / 07 Yanvar 2025

"Nəticə olmasa, hərbi əməliyyat başlayacaq" - Hakan Fidan

"Nəticə olmasa, hərbi əməliyyat başlayacaq" - Hakan Fidan
2584

"Suriyada fəaliyyət göstərən kürd silahlı qüvvələri irəli sürülən şərtləri yerinə yetirməsə, onlara qarşı hərbi əməliyyat keçirəcəyini istisna etmirəb".

Bakupost.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan CNN Türk telekanalının efirində bildirib.

"Biz aydın tələblər qoymuşuq. Əgər siz hərbi əməliyyat variantını istəmirsinizsə, o zaman xarici terrorçular Suriyanı tərk etməli, onların liderləri ölkədən getməli, təşkilatın qalan üzvləri (PKK və ona bağlı Suriya qüvvələri) silahı yerə qoyub Suriyanın yeni administrasiyası ilə işləməlidir. Dəməşq onlarla dialoq aparır. Bir dəfə dedi, ikinci dəfə də deyəcək. Amma nəticə olmasa, hərbi əməliyyat hüquqi seçim olacaq”, - deyə nazir bildirib.

Zaur, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar