Ru
14:10 / 30 Mart 2024

“O verilişlər daha da iyrənc olacaq” - Kamran Həsənli TV-ləri yerdən-yerə vurdu

“O verilişlər daha da iyrənc olacaq” - Kamran Həsənli TV-ləri yerdən-yerə vurdu
Eye

“Bundan gülməli, yarımçıq qərar ağlıma gətirməzdim. Sanki uzun, mənasız bir filmi qısaltmısınız, o mənasızlıq balacalaşdırılıb və daha da tezləşdirilib”.

Bunu Bakupost.az -a açıqlamasında telejurnalist Kamran Həsənli sosial verilişlərin efir saatının azaldılması məsələsinə münasibət bildirərkən deyib.

K.Həsənli bu qərarı verən şəxslərin özlərinin peşəkar olmadığını bildirib.

“Bu lap iyrənc bir şeyə çevriləcək. Qərarın özü belə gülünc və mənasızdır. Çünki o qərarı qəbul edənlərin televiziyadan anlayışları yoxdur. İctimai rəyin televiziyanın əleyhinə olduğunu gördükləri üçün bu cür qərar qəbul ediblər. Amma biz istəyirik ki, televiziyamız dəyişilsin, adımıza layiq olsun”- K.Həsənli bildirib.

Vasif Əlihüseyn
BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar