Ru
20:06 / 29 Oktyabr 2024

Onların "Dəmir Günbəz" varsa, bizim də “Polad Günbəz”imiz olacaq - Ərdoğan

Onların "Dəmir Günbəz" varsa, bizim də “Polad Günbəz”imiz olacaq - Ərdoğan
Eye

Dünyanın ən böyük PUA istehsalçısı olan Türkiyə, insansız və avtonom döyüş platformalarının inkişafına diqqət yetirəcək və hər hansı təhlükənin qarşısını almaq üçün çoxqatlı "Polad Günbəz" hava hücumundan müdafiə sistemi yaradacaq.

Bakupost.az TRT Haber telekanalına istinadən xəbər verir ki, bunu AnkaradaPrezident Rəcəb Tayyib Ərdoğan ilk milli çoxməqsədli T625 GÖKBEY helikopterinin jandarma qüvvələrinə təhvil verilməsi mərasimində deyib.

"Biz İHA bazarında dünyanın ən böyük istehsalçısıyıq. 2018-ci ildən bu günə qədər dünyadakı bütün PUA satışının 65%-ni türk şirkətləri edib. Pilotsuz təyyarələrin istehsalı ilə yanaşı, yaxın gələcəkdə biz diqqəti müxtəlif döyüş platformalarının - pilotsuz uçuş aparatlarından və avtonom dəniz aparatlarından tutmuş sualtı platformalara və aviadaşıyıcılara qədər inkişaf etdirməyə yönəldəcəyik”, - deyə Ərdoğan bildirib.

Ərdoğan bildirib ki, Türkiyə bir çox asimmetrik təhdidləri - terrorçuların ölkəyə soxulmasından tutmuş düşmən elementlərin hücumlarına qədər təhlükələri həll etmək üçün çoxsəviyyəli hava hücumundan müdafiə sistemlərini gücləndirməlidir:

"Əgər onların (İsrail-red.) "Dəmir Günbəz" varsa, bizim də “Polad Günbəz”imiz olacaq. İndi biz "Polad Günbəz" hava hücumundan müdafiə sistemi yaradırıq, həmçinin uzaqmənzilli raket imkanlarını inkişaf etdirəcəyik. Dostlarımızda inam və düşmənlərimizdə qorxu hissi yaradan çəkindirmə qabiliyyətinə nail olana qədər çalışacağıq".

Zaur, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar